<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>219</hymn_number>
<title>Belə gözəl yaz ayında İL219</title>
<lyrics>[V1]
 Belə gözəl yaz ayında bənövşələr çiçək açır,
 Təbiətin qucağında ətrafa ətrini saçır.

[C1]
   Gözəlliyə baxan insan necə oxumasın şükran?
   Bu hədiyyədir Allahdan, həmd edək Ona durmadan!

[V2]
 Rəbbin əsəri təbiət, bir gözəllik, bir şeiriyyət!
 Ruhu oxşar bu ülviyyət, Rəbbim, Sənə, olsun izzət!

[C2]
   Kainatın əzəlisən, varlığın ən gözəlisən,
   Ömrümüzün bəzəyisən, həmdlər Sənə, mənim
   Rəbbim!

[V3]
 İlham alıb mən Allahdan həmd edirəm dayanmadan,
 Rəbdir möcüzə yaradan, bizə sirlərini açan.

[C3]
   Allah bu dünyanı sevdi, bildi, dünya məhvə düçar,
   Öz Oğlunu qurban verdi, İsadır Cənnətə açar.</lyrics>
</song>